On March 12, 2024, the opening ceremony of the “Provision of Sustainable Youth Employment Hackathon” held jointly by the Youth Foundation of the Republic of Azerbaijan and the State Employment Agency took place.
Speaking at the opening ceremony, Chairman of the Board of the State Employment Agency, Mustafa Abbasbeyli, and Executive Director of the Youth Foundation of the Republic of Azerbaijan, Gadir Khalilov, noted that comprehensive development of Azerbaijani youth, ensuring employment, the existence of various spectrum support mechanisms, as well as the continuous creation of new ones, are always in the center of attention of Mr. Ilham Aliyev.
With the support of mentors, 10 teams of young people will prepare and present project or product proposals on designated topics and directions for two days.
12 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gənclərin Davamlı Məşğulluğunun Təminatı Hakatonu”nun açılış mərasimi baş tutub.
Açılış mərasimində çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov qeyd ediblər ki, Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, məşğulluğunun təmin edilməsi, müxtəlif spektrli dəstək mexanizmlərinin mövcudluğu, habelə yenilərinin davamlı olaraq yaradılması ölkə başçısı cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin məşğulluğunun təmin edilməsi hər iki qurumun həyata keçirdiyi fəaliyyətin əsas prioritetlərindəndir. Bu məqsədlə də reallaşdırılan ortaq layihələr ölkə gənclərinin məşğulluğunun təmin edilməsinə, bilik və bacarıqlarının artırılmasına ən əsası isə düzgün peşə seçiminin yönləndirlməsinə töhfə verməkdədir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2 gün davam edəcək Hakatonun məqsədi gənclərin məşğulluğuna dəstək mexanizmlərinin- yeni proqramların hazırlanması, işaxtaran və işsiz gənclərin məşğulluq imkanlarının genişləndirilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması istiqamətində yeni innovativ həllərin hazırlanması və gənclər arasında komanda işi, tədqiqat bacarıqlarının artırılmasıdır.
Mentorlar tərəfindən dəstək göstərilərək iki gün müddətində gənclərdən ibarət 10 komanda təyin olunmuş mövzu və istiqamətlərdə layihə və ya məhsul təkliflərini hazırlayaraq təqdim edəcəklər.