“We are the lawyers of the future!” winter school organized among the students of the law faculty with the support of the Youth Foundation of the Republic of Azerbaijan, the Bar Association of the Republic of Azerbaijan and the Public Union “Support to the Education of Youth” was held in Baku and Naftalan on February 28-March 10.
During the camp, a court simulation was organized for young lawyers with the participation of experienced lawyers. Young people who value their free time played various games and had fun and learned during the winter school.
It should be noted that a total of 20 local and 300 law students from foreign universities applied to the camp, which was of special interest to young people and was organized for the third time, and 40 young people who were distinguished by their knowledge, skills and social activity were selected and won the right to participate in the camp.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə hüquq fakültəsinin tələbələri arasında təşkil edilən “Biz gələcəyin vəkilləriyik!” adlı növbəti qış məktəbi 28 fevral -10 mart tarixlərində Bakı və Naftalan şəhərlərində keçirilib.
Bakı şəhərində başlayan qış məktəbi çərçivəsində “Vəkillik – dünya təcrübəsi və Azərbaycan” və “Vəkilin nitq mədəniyyəti” mövzusu üzrə təlimlər baş tutub. 40 hüquqşünas tələbənin iştirakı iıə 8-10 mart tarixlərində Naftalan şəhərində keçirilən “Mübahisələrin alternativ həlli və mediasiya”, “Mülki prosessual sahədə müdafiə taktikasının qurulması”, “İnzibati xətalar üzrə icraatda vəkilin iştirakı”, “Ədalətli məhkəmə araşdırması hüququ”, “Məhkəmə prosesinin qurulması” mövzularını əhatə edən təlimlər gənclərin böyük marağına səbəb olub, onların çoxsaylı sualları təlimçilər tərəfindən cavablandırılıb.
Düşərgə müddətində, eyni zamanda, gənc hüquqşünaslar üçün təcrübəli vəkillərin iştirakı ilə məhkəmə simulyasiyası təşkil edilib. Asudə vaxtlarını dəyərləndirən gənclər müxtəlif oyunlar oynayıb və qış məktəbi boyunca həm əylənib, həm də öyrəniblər.
10 mart tarixində Naftalan şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı, Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Goranboy rayon prokurorunun müavini və Vəkillər Kollegiyasının bir sıra nümayəndələri iştirak ediblər.
Gənclərin peşəkar hüquqşünas kimi ixtisaslaşmasına xidmət edən düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, gənclərin xüsusi marağına səbəb olan və üçüncü dəfə təşkil edilən düşərgəyə, ümumilikdə 20 yerli, xarici universitetlərdən isə 300 hüquqşünas tələbə müraciət edib, onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 40 gənc seçilərək düşərgədə iştirak etmək haqqı qazanıb.