A winter school called “We are the lawyers of the future” will be organized between February 29 and March 10 among the students of the law faculty under the joint organization of the Bar Association of the Republic of Azerbaijan, the Youth Foundation of the Republic of Azerbaijan and the Youth Enlightenment Support Public Union.
The main goal of the winter school is to promote advocacy in the country, increase the knowledge of law students in the field of advocacy, to create interest in this field among legal students, and establish a connection between young lawyers and the Bar Association.
Bachelor students studying at the law faculty of all higher education institutions of the country can participate in the winter school free of charge.
The initial stage of the selection process, which consists of several stages, will be conducted by the organizing committee based on motivation letters. In the 300-word letter of motivation, the students’ thoughts on the legal profession and their expectations from the winter school should be clearly stated.
Candidates who successfully passed the first stage will have the chance to participate in the second stage, which will be organized online on February 24-25.
The opening ceremony of the winter school will be held on February 29 in Baku, and the camp will be held on March 8, 9, 10 in Naftalan.
Last date of registration: 22.02.2024, 23:59.
You can go to the link below to register.
https://forms.gle/mQVcarcU9SSB4a8UA
Contact person: Rashad Hasanaliyev – Bar Association Academy (+994) 050 738 24 07
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə hüquq fakültəsinin tələbələri arasında 29 fevral – 10 mart tarixləri aralığında “Biz gələcəyin vəkilləriyik” adlı qış məktəbi təşkil ediləcəkdir.
Qış məktəbinin əsas məqsədi ölkə ərazisində vəkillik fəaliyyətinin təşviq edilməsi, hüquq fakültəsi tələbələrinin vəkillik fəaliyyəti sahəsində biliyinin artırılması, hüquqşünas tələbələr arasında bu sahəyə marağın yaradılması, gənc hüquqşünaslarla Vəkillər Kollegiyası arasında əlaqələndirmənin qurulmasından ibarətdir.
Qış məktəbində ölkənin bütün ali təhsil müəssisələrinin hüquq fakültəsində təhsil alan bakalavr tələbələri tam ödənişsiz olaraq iştirak edə bilərlər.
Bir neçə mərhələdən ibarət olan seçim prosesinin ilkin mərhələsi təşkilat komitəsi tərəfindən motivasiya məktublarına əsasən aparılacaqdır. 300 sözdən ibarət olan motivasiya məktubunda tələbələrin vəkillik fəaliyyəti ilə əlaqədar düçüncələri və qış məktəbindən gözləntiləri aydın qeyd olunmalıdır.
Birinci mərhələdən uğurla keçmiş namizədlər 24-25 fevral tarixində online qaydada təşkil olunacaq ikinci mərhələdə iştirak etmək şansı əldə edəcəklər.
Qış məktəbinin açılış mərasimi 29 fevral Bakı şəhərində, düşərgə isə 8, 9, 10 mart tarixində Naftalan şəhərində keçiriləcəkdir.
Son qeydiyyat tarixi: 22.02.2024, 23:59.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz.
https://forms.gle/mQVcarcU9SSB4a8UA
Əlaqələndirici şəxs: Rəşad Həsənəliyev – Vəkillər Kollegiyasının Akademiyası (+994) 050 738 24 07