Election volunteers continue to travel around the regions of Azerbaijan with mobile meetings starting from December 28th. The meetings organized in Shirvan, Sabirabad, Shamakhi, Agdash, Agjabadi, Mingachevir, Ganja and Jalilabad were held in Nakhchivan, Masalli and Goranboy.
The main purpose of the mobile meetings, which were held with the support of the Youth Foundation of the Republic of Azerbaijan and the Union of Voluntary Organizations of Azerbaijan, was to discuss the right to vote, the electoral system, the voter’s rights for the youth of the region, who will vote for the first time in the extraordinary Presidential elections of the Republic of Azerbaijan scheduled for February 7, 2024 in order to increase voter turnout by raising awareness about rights and duties.
The mobile meetings, which have already managed to reach hundreds of young people, have led to an increase in the level of awareness of young people on the platforms created, as well as to the efficient organization of their free time with fun games, intellectual competitions and musical performances.
Young people of Nakhchivan, Masalli and Goranboy actively participated in trainings on personal and professional development, as well as voting rights, and were awarded with various gifts.
28 dekabr tarixindən etibarən başlayan səyyar görüşlərlə seçki könüllüləri Azərbaycanın bölgələrini qarış-qarış gəzməyə davam edir. Şirvan, Sabirabad, Şamaxı, Ağdaş, Ağcabədi, Mingəçevir, Gəncə və Cəlilabadda təşkil edilən görüşlər növbəti dəfə Naxçıvan, Masallı və Goranboy şəhərlərində baş tutub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə icra edilən səyyar görüşlərin əsas məqsədi 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçki hüququ, seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirmə apararaq seçici fəallığının artmasına nail olmaqdır.
Artıq yüzlərlə gənci əhatə etməyə müvəffəq olan səyyar görüşlər yaradılmış platformalarda gənclərin məlumatlılıq səviyyəsinin artması ilə yanaşı təşkil edilən əyləncəli oyunlarla, intellektual yarışlarla və musiqili çıxışlarla onların asudə vaxtının səmərəli təşkil edilməsinə də səbəb olub.
Naxçıvan, Masallı və Goranboy gəncləri fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlərdə fəal şəkildə iştirak edərək müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.