Biləsuvar şəhərində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən “Ətraf mühitin qorunmasında gənclərin ictimai fəallığının artırılması” layihəsinin sonuncu təlimi keçirilib.
Layihənin müddəti üç ay təşkil edib.
Birliyin sədri Raci Səfərov qeyd edib ki, layihənin məqsədi ətraf mühitin qorunmasında və bərpasında gənclərin ictimai fəallığının artırılmasına dəstək olmaqdır. Bu vaxta qədər Astara, Cəlilabad, Masallı, Lənkəran və Neftçala rayonlarında gənclərə təlimlər keçirilib.
Layihə dövründə təlimlərdə 136 nəfər gənc ətraf mühitdə iştirakçılıq mövzularında maarifləndirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən sonuncu təlim zamanı iştirakçılara ekoloji vəziyyət və ekoloji siyasət, ətraf mühit və onun qorunması və ekoloji tarazlığın saxlanması, təbii sərvətlər və onlardan səmərəli istifadə, qlobal, regional, milli və lokal ekoloji problemlər və onların həlli yolları mövzularında məlumatlar verilib, videoçarxlar nümayiş etdirilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Tədbir müstəqil sosial ekspert Afiq Məlikov tərəfindən idarə olunub.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilir