“Azerbaijan Volunteering Week 2023”, dedicated to the 100th anniversary of Great Leader Heydar Aliyev, with the support of “ASAN service” and the organization of the Union of Voluntary Organizations of Azerbaijan, has come to an end.
The Volunteer Week, which started in connection with the International Volunteer Day on December 5, including 5 directions based on the recommendations of National Leader Heydar Aliyev to young people – “Patriotism”, “Education and Science”, “Sports and Health”, “Culture”, “Moral Education” was held. In addition to these, within the week, events such as “100 Volunteer Actions”, “A great leader is a photo-competition at every step”, “Our culture”, “Heydar Aliyev for me…”, “Volunteer’s Day”, “Be a volunteer”, as well as “Azerbaijan Volunteers VI Solidarity Forum”, “Iron Fist! Volunteer Solidarity Camp” and “Coordinating Meeting of Voluntary Organizations of Turkish States” were held.
The Volunteer Week, which has been implemented in our country since 2016 is remembered with unforgettable memories for young people, and at the same time unites thousands of Azerbaijani volunteers, dedicated to the 100th anniversary of the Great Leader Heydar Aliyev in 2023, is of special importance for our volunteers.
Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2023” sona çatdı.
14 gün davam edən və Respublikamızın müxtəlif regionlarını əhatə edərək 15 minə yaxın könüllünü bir çətir altında birləşdirən Könüllülük həftəsi, hər il olduğu kimi bu il də, bir-birindən fərqli və maraqlı layihələrlə yadda qaldı.
5 dekabr Beynəlxalq Könüllülər günü ilə əlaqədar olaraq başlayan Könüllülük Həftəsi, Ümummilli Lider Heydər Əliyevin gənclərə ünvanladığı tövsiyyələrə əsaslanan 5 istiqamət – “Vətənpərvərlik”, “Təhsil və Elm”, “İdman və sağlamlıq”, “Mədəniyyət”, “Mənəvi tərbiyə” kimi istiqamətlər aid edilib. Bunlardan əlavə həftə çərçivəsində, “100 Könüllü Əməl”, “Ulu Öndər hər addımımda foto-müsabiqə”, “MədəniyyətimİZ”, “Heydər Əliyev mənim üçün…”, “Könüllünün Günü”, “Könüllü Ol” kimi tədbirlər, eyni zamanda “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”, “Dəmir Yumruq! Könüllülərin Həmrəylik düşərgəsi” və “Türk Dövlətləri Könüllü Təşkilatlarının Əlaqələndirmə görüşü” keçirilib.
Ölkəmizdə 2016-cı ildən etibarən həyata keçirilərək gənclər üçün unudulmaz xatirələrlə yadda qalan, eyni zamanda minlərlə Azərbaycan könüllüsünü birləşdirən Könüllülük Həftəsinin, 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması, könüllülərimiz üçün xüsusi önəm daşıyıb.
Ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülük hərəkatının, bu gün daha geniş imkanlara sahib olduğunu deyə bilərik. Məhz buna görə də əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində, Azərbaycan gəncləri bütün sahələrdə, eyni zamanda könüllü sıralarına qoşularaq özlərini doğruldurlar.