The 100emel.konullu.az website was created and launched in order to more flexibly support and direct the noble voluntary actions of young people within the framework of the “Azerbaijan Volunteering Week 2023” dedicated to the 100th anniversary of the national leader Heydar Aliyev.
The site “100 Voluntary Actions!” carried out across the country between December 5-19th will support the implementation of the campaign. Thus, young people who want to participate in the campaign should visit the 100emel.konullu.az website, click the “Choose an action” button, perform any action that comes to them and share it on social media with the hashtag #100emel. Young people who call other young people to do good deeds with this sharing will be active participants of the campaign.
As a result of the country’s leadership’s constant attention and care to volunteer activities and volunteers, the volunteering movement that has expanded in Azerbaijan today has wider opportunities, and one of the main goals of “Azerbaijan Volunteering Week 2023” is to bring these opportunities to the attention of the country’s youth.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində gənclərin nəcib könüllü əməllərinə daha çevik dəstək vermək və yönləndirmək məqsədi ilə 100emel.konullu.az internet saytı yaradılaraq istifadəyə verilib.
Sayt 5-19 dekabr tarixləri aralığında ölkə üzrə həyata keçirilən “100 Könüllü Əməl!” adlı kampaniyanın həyata keçirilməsinə dəstək göstərəcəkdir. Belə ki, kampaniyada iştirak etmək istəyən gənclər 100emel.konullu.az saytına daxil olub, “Əməl seç” düyməsini klikləyərək qarşısına çıxan hər hansı bir əməli həyata keçirməli və #100emel həştəqi ilə sosial mediada paylaşım etməlidir. Bu paylaşımla digər gəncləri də xeyirxah əməllərə çağırış edən gənclər kampaniyanın fəal iştirakçısı olacaqdır.
Ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülük hərəkatı bu gün daha geniş imkanlara sahibdir və “Azərbaycan Könüllülük Həftəsi 2023”ün də əsas məqsədlərindən biri bu imkanları ölkə gənclərinin diqqətinə çatdırmaqdan ibarətdir.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.