The Supervisory Board of the Youth Foundation of the Republic of Azerbaijan (hereinafter referred to as the “Foundation”) announces the opening of registration for the Trainer Information Bank of the Youth Foundation of the Republic of Azerbaijan based on the decree dated April 14, 2023, No. Q-01.
The purpose of creating the Information Bank is to enhance the quality of non-formal education within the framework of projects and programs implemented by the Foundation or with the financial support of the Foundation, strengthen supervision over the organization of training processes, and facilitate the engagement of trainers working with youth.
Individuals (trainers) who conduct training sessions using non-formal education tools to help young people, students, volunteers, and specialists in the field to acquire knowledge and skills in a specific area can apply to the Information Bank.
Foundation of the Republic of Azerbaijan are eligible for recruitment as trainers in projects supported by the Foundation.
Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – “Fond”) Müşahidə Şurasının 14 aprel 2023-cü il tarixli Q-01 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Gənclər Fondunun Təlimçi Məlumat Bankına qeydiyyat açıq elan edilir.
Məlumat Bankının yaradılmasın;n məqsədi Fond tərəfindən və ya Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihə və proqramlar çərçivəsində qeyri-formal təhsilin keyfiyyətinin artırılması, təlim-tədris prosesinin təşkilinə nəzarətin gücləndiriməsi və gənclərlə işləyən təlimçilərin əlaqələndirilməsidir.
Məlumat Bankına gənclərin, tələbələrin, könüllülərin, gənclərlə və könüllülərlə iş üzrə mütəxəssislərin müəyyən bir sahədə bilik və bacarıqlar əldə etmələri üçün qeyri-formal təhsil vasitələri ilə təlim məşğələlər keçirən şəxslər (təlimçilər) müraciət edə bilər.
Məlumat Bankına qeydiyyata alınmaq üçün namizədin aşağıdakı meyarlara uyğunluğu qiymətləndirilir:
- təlim proqramını tərtib etmək bacarığı;
- təlimlərin keçirilməsi üzrə nəzəri və praktiki bilikləri;
- komandada və müxtəlif qruplarda işləmək bacarığı;
- nəticəyönümlü olmaq;
- təlim keçərkən qeyri-formal təhsil üsullarını tətbiq etmək və təlim metodlarından effektiv istifadə etmək bacarıqları;
- təlimlərin aparılmasında 2 il təcrübənin olması;
- “Təlimçilər üçün Təlimdə” (Training of Trainers) iştirak;
Məlumat Bankında qeydiyyata alınmaq istəyən şəxs qeyd edilən şərtləri nəzərə almaqla elektron ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidir:
- şəxsi və əlaqə məlumatları;
- təlimçilik təcrübəsi barədə məlumat;
- ictimai fəaliyyəti barədə məlumat;
- tərcümeyi-hal (CV);
- yerli və ya beynəlxalq səviyyədə keçirilən “Təlimçilər üçün Təlimlərdə” iştirakını təsdiq edən sənədlərin (şəhadətnamə və s.) surətləri;
- şəxsiyyət vəsiqəsinin surəti;
- elektron formada 3×4 ölçüdə şəkil.
Qeyd 1: “Azərbaycan Respublikasının Gənclər Fondunun Təlimçi Məlumat Bankının Aparılması Qaydası” ilə buradan tanış ola bilərsiniz.
Qeyd 2: Təlimçilər Məlumat Bankına 2 il müddətinə daxil olunur. Məlumat Bankında qeydiyyatda qalmaq üçün təlimçi növbəti 2 il müddətində ən azı 40 saat təlim keçməlidir.
Qeyd 3: Gənclər Fondunun maliyyə dəstəyi ilə layihələrə təlimçi qismində yalnız Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən formalaşdırılan Təlimçi Məlumat Bankında qeydiyyata alınan şəxslər cəlb olunur.
Müraciət üçün: buradan daxil olun