The Youth Foundation of the Republic of Azerbaijan (hereinafter referred to as the “Foundation”) announces the acceptance of applications for the 17th grant competition for youth organizations from April 14, 2023, based on the “Rules for conducting competitions for the grant financing of programs and projects related to youth policy” approved by the decision No. 451 of the Cabinet of Ministers of the Republic of Azerbaijan dated October 16, 2018.
The purpose of the competition is to ensure the physical, intellectual, and spiritual development of the younger generation, foster patriotism, increase social activity, support the implementation of innovative ideas and creative initiatives, and facilitate the effective organization of leisure time. It aims to support project proposals from youth organizations willing to actively participate in the implementation process of youth policy by providing targeted financial assistance in the form of grants and creating a wide and beneficial field of activity for them.
Duration of Projects:
The execution period of local and international project applications submitted for various project categories should not be less than 3 months and not more than 12 months.
Project Funding:
The amount of funding for local projects should not exceed 10,000 (ten thousand) manats, and for international projects, it should not exceed 15,000 (fifteen thousand) manats.
Key Requirements for Project Submission:
- To participate in the competition, youth organizations must register on the Foundation’s official website (youthfoundation.az) and submit their applications electronically in accordance with the form provided on the website;
- Only one project per youth organization will be funded by the Foundation under the competition framework;
- Projects will be funded under local and international categories – projects implemented by youth organizations registered in the Republic of Azerbaijan within the territory of the Republic of Azerbaijan are considered local projects; projects aimed at being implemented with the participation of youth organizations registered in the Republic of Azerbaijan in at least two foreign countries and representing five countries, as well as projects aimed at being implemented in foreign countries with the participation of youth organizations from the Republic of Azerbaijan and youth from foreign countries, are considered international projects;
- Projects fully funded or currently being implemented or completed by other organizations cannot be additionally or repeatedly funded by the Foundation.
The following recipients (grant recipients) are not eligible to participate in the competition:
- Executors of projects funded by the Foundation whose execution period has not ended;
- Grant recipients who fail to submit financial reports to the Foundation within 15 (fifteen) days before the deadline specified for the submission of project proposals for the new competition, even if the execution period of the project funded by the Foundation has ended;
- Projects focusing on political, charitable, commercial, or religious activities are not funded by the Foundation.
Criteria for Project Selection:
- Applications are assessed based on the criteria outlined in the decision No. Q-01 of the Supervisory Board of the Youth Foundation of the Republic of Azerbaijan dated July 6, 2022, titled “Criteria for the expertise and evaluation of project proposals from youth organizations submitted within the framework of competitions for the grant financing of programs and projects related to youth policy of the Republic of Azerbaijan”.
- Preference is given to projects submitted by youth organizations registered in the Republic of Azerbaijan in accordance with their charter and relevant to their areas of activity;
- Priority is given to projects that are relevant to the themes and reach a wider audience, as well as those incorporating innovative approaches.
Start Date of the Competition:
- Project proposals can be submitted starting from April 14, 2023.
Deadline for Project Proposals:
- The deadline for submitting project proposals is determined as May 15, 2023, at 18:00.
Topics for Project Proposals:
Topics for local and international projects are available here.
Note 1: You can familiarize yourself with the collection of documents and materials related to the grant financing of programs and projects related to youth policy of the Republic of Azerbaijan through this link provided by the Youth Foundation of the Republic of Azerbaijan.
Note 2: It is recommended to consider starting the execution period of projects after July 1, 2023.
For Application: Access the Electronic Cabinet.
Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – “Fond”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən 14 aprel 2023-cü il tarixindən gənclər təşkilatları üçün 17-ci qrant müsabiqəsi çərçivəsində yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir.
Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş layihələri dəstəkləmək, habelə gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.
Layihələrin müddəti:
Müsabiqəyə təqdim olunmuş yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Layihələrin məbləği:
Yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 000 (on min) manatdan, beynəlxalq layihələr üzrə 15 000 (on beş min) manatdan çox olmamalıdır.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:
- Müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları Fondun rəsmi internet saytında (youthfoundation.az)qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidir;
- Gənclər təşkilatlarının müsabiqə çərçivəsində yerli və beynəlxalq layihə kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Fond tərəfindən maliyyələşdirilməsinə yol verilir;
- Layihələr yerli və beynəlxalq kateqoriyalar üzrə maliyyələşdirilir – Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi layihələr yerli layihələr; ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələr beynəlxalq layihələr kateqoriyasına aiddir;
- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
Aşağıdakı resipiyentlərin (qrant alanların) müsabiqədə iştirakına yol verilmir:
- Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
- Fondun maliyyələşdirdiyi və icra müddəti bitən, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməyən qrant alanlar;
- Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.
Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:
- Müraciətlərə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 6 iyul 2022-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədən kənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır.
- Dövlət qeydiyyatına alınmış gənclər təşkilatları tərəfindən təqdim edilən layihələrin nizamnaməsinə əsasən fəaliyyət istiqamətinə uyğun təqdim edilən layihələrə üstünlük verilir;
- Müraciət olunan layihələrin mövzulara uyğun olması, tədbirlərin daha geniş gənc kütləsini əhatə olunmasını, innovativ yanaşmalar nəzərdə tutan layihələrə üstünlük verilir.
Müsabiqənin başlama tarixi:
- Layihə təklifləri 14 aprel 2023-cü il tarixindən başlayaraq təqdim edilə bilər.
Layihə təkliflərinin qəbulu üçün son tarix:
- Layihə təklifləri üçün son müraciət tarixi 15 may 2023-ci il, saat 18:00 müəyyən edilib.
Layihə müraciətləri üzrə mövzular:
Yerli və beynəlxalq layihələr üzrə mövzular
Qeyd 2: Layihələrin icra müddətinin başlamasının 1 iyul 2023-cü il tarixindən sonra nəzərdə tutulması tövsiyə olunur.
Müraciət üçün: Elektron kabinetə giriş