[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/Telebe_CUP_logo.jpg” ]
“İrəli” İctimai Birliyi və “Xəzər” İntellektual Gənclər Klubu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatını təşkil edəcək.
Azərbaycan Çempionatının keçirilməsində məqsəd Azərbaycan tarixi və mədəniyyətinin təbliği, intellektual oyunlar hərəkatının inkişafı və gənclərin asudə vaxtlarının səmərəli təşkilidir.
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatı iki seçim turundan ibarət olacaq. Ölkənin 16 şəhərində sinxron olaraq təşkil olunacaq seçim turları 11 may 2013-cü il tarixində Bakı və Sumqayıtda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri arasında sinxron olaraq təşkil olunacaq. Azərbaycan Çempionatının ikinci seçim turu 18 may 2013-cü il tarixində Gəncə, Qazax, Mingəçevir, Şəki, Zaqatala, Salyan, Lənkəran, Naxçıvan, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvarda baş tutacaq.
Seçim turlarında ən yaxşı nəticə göstərən 70 komanda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının Bakıda təşkil olunacaq finalına vəsiqə qazanacaq. Azərbaycan Çempionatının finalı 26 may 2013-cü il tarixində Bakıda “Kempinski Hotel Badamdar”da keçiriləcək.