Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyi “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin icrasına start verib.
Layihənin məqsədi məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdən ibarətdir.
Birlik sözügedən layihə çərçivəsində təhsil sahəsi ilə bağlı elektron resurslar və onlardan istifadə imkanları ilə bağlı Bakı şəhərində məktəblilər arasında məlumatlandırma sessiyaları təşkil edəcək.
Ümumilikdə keçirilən 6 maarifləndirici tədbir nəticəsində 200 nəfərə yaxın yeniyetmə faydalanacaq, nəşr edilən bukletlər tədbirlər zamanı iştirakçılar arasında yayılacaq.