[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/picture61600.jpg” ]
“Gəncliyə Dəstək” İB Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Zərdab rayonunda “Sağlam gənclik sağlam gələcəkdir” adlı layihənin icrasına başlayıb.
Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan gənclərin, əlilliyi olan və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabliyyətlərinə və maraqlarına müvafiq surətdə həyat sürməsinə və ictimai sosial həyata inteqrasiyasının təmin olunmasına kömək göstərməkdən ibarətdir.
Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan gənclərin, əlilliyi olan və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların bir-birlərinə və cəmiyyətə adaptasiya olunmasını təmin etmək, onların cəmiyyət üçün yararlı ola biləcəklərinə inam yaratmaq üçün“Əyləncəli oyunlar klubu” təşkil olunacaqdır. Maraqlara uyğun olaraq şahmat, dama və futbol idman növləri üzrə əyləncəli oyunlar keçiriləcəkdir.