[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/06/logo-gencler-fondu.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun xərclər smetası və ştat cədvəlinin təsdiq edilməsi haqqında
07.03.2013
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 38
Bakı şəhəri, 7 mart 2013-cü il
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun xərclər smetası və ştat cədvəlinin təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 801 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2013-cü il üçün xərclər smetası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ştat cədvəli” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun saxlanması ilə bağlı xərclər cari ilin sonuna qədər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 mart tarixli 2072 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış 5,0 milyon manatdan istifadəsiz qalmış 2139,7 min manat vəsait hesabına, 2014-cü ildən isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində funksional təsnifatın “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsinin “Digər kateqoriyalara aid edilməyən fəaliyyət” köməkçi bölməsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində təmin edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 7 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə
Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun 2013-cü il üçün
XƏRCLƏR SMETASI
Sıra №-si |
Xərclərin iqtisadi təsnifatı |
Məbləğ (manatla) |
1. |
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun cəmi saxlanılması xərcləri,
o cümlədən: |
250000 |
1.1. |
ştatda olan işçilərin əməkhaqqı | 119520 |
1.2. |
ştatdankənar işçilərin əməkhaqqı | 36300 |
1.3. |
əməyin ödənişi ilə bağlı sair pul ödənişləri | 39840 |
1.4. |
dövlət Sosial Müdafiə Fonduna ayırmalar | 43045 |
1.5. |
sair xərclər | 11295 |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 7 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ştat cədvəli
|