Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 14-18 iyul tarixlərində “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzində ölkədə mövcud Gənclər evlərinin fəal nümayəndələri üçün yay düşərgəsi keçirilib. Düşərgə müddətində gənclər intellektual, əyləncəli oyunlara qoşulub və müxtəlif formatda panellərdə iştirak ediblər.