![](https://youthfoundation.az/wp-content/uploads/2019/06/IMG_6845-1200x675.jpg)
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üzrə 12-ci qrant müsabiqəsi ilə bağlı 14 iyun 2019-cu ildə Gənclər Fondunda məlumat sessiyası keçirilib. Sessiya zamanı gənclər təşkilatları ilə fikir mübadiləsi aparılıb, təşkilat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Qrant müsabiqəsi ilə bağlı mövzular, müsabiqə şərtləri müzakirə edilib.