14 Aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin İntellektual İnkişafına Yardım İctimai birliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində 80 nəfərin iştirak etdiyi “Start-Up Gənclər Üçün Maarifləndirici Görüşlər” layihəsi keçirilib.
Layihənin əsas məqsədi gəncləri start-up haqqında maarifləndirmək və gənclərdə start-up haqqında müəyyən bir düşüncə yaratmaqdır. Layihə dünyamızda olan inkişafın nəticəsi yeni start-upların yaranmasında bizim ölkəmizin də rolu olması üçün bu sahəyə marağı olan gənclərə müəyyən biliklər verməkdən ibarətdir.
Layihənin spikerləri Coşqun Kərimov və Orxan Əhmədov iştirakçılara öz təcrübələrindən çox maraqlı və dəyərli məlumatları bölüşmüşdür. Start-up haqqında baza biliklər, start-up biznes layihələrinə başlamağın yolları, global bazarlarda yeniliklər və izləmə mexanizmləri, ilkin addımlar və davamlılığın qorunması, təcrübəli şəxslərin uğurlu və uğursuz “case”ləri kimi mövzulara toxunulub.
Layihənin ilk 4 hissəsi də uğurla tamamlanıb və iştirakçılara start-up haqqında çox maraqlı və biznes mühitində istifadə edə biləcəkləri lazım olan bilgilər verilib.