10 dekabr 2018 – 10 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə icrası Quba, Qusar rayonlarında həyata keçirilmiş İbrahim Cəbrayılovun “Gənclərin Silikon Vadisi” adlı layihəsi çərçivəsində tədbirlər başa çatıb. Tədbirlər ərəfəsində ümumilikdə 4 fərqli qrupda 120-dən çox iştirakçıya seminarlar keçirilib. İştirakçılar əsasən məktəbin 8 və 11-ci sinif şagirdlərindən təşkil olunub. Aktiv iştirakçılara seminarlardan sonra sertifikatlar təqdim olunub. Tədbir zamanı layihə ilə bağlı ilkin və ümumi məlumatlandırıcı xarakterli buklet, flayer, kitabçalar da paylanılıb.
Qeyd edək ki, layihə üzrə Quba, Qusar rayonlarının öncədən müəyyənləşdirilməsi heç də bir mənalı deyildir. Belə ki, layihənin ilkin mərhələsində regionun əhalisi arasında sorğu və müşahidə üsulu ilə araşdırmalar aparılıb. Hədəf qruplarının mövzu üzrə fikr və düşüncələri təhlil edilib.
Müvafiq layihə istiqamətində start götürmüş seminarlar çərçivəsində ilk növbədə öncədən müəyyənləşdirilmiş və seçilmiş region gənclərinə hədəf qrupuna daxil olan ərazilərdə gənclərin silikon vadis ilə bağlı məlumat verilib, informasiya və texnologiya üzrə trendlər təqdim olunub. Habelə iştirakçı gənclərə müvafiq mövzularda layihə yazılışı ilə bağlı seminarlar verilib.
Gənclərin Silikon Vadisi layihəsində aktiv iştirakı ilə seçilərək, müəyyən edilən gənclərə sertifikatlar təqdim olunub.