Azərbaycan Respubliaksının Gənclər Fondunun dəstəyi və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənclər siyasətinin Azərbaycan modeli” adlı beynəlxalq konfransın müxtəlif ölkələrdən olan nümayəndə heyəti Gənclər Fondunun qonağı olmuşdur. Nümayəndə heyətini Gənclər Fondunun beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin əməkdaşları salamlayaraq Azərbaycan Respublikasının Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti, maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat vermiş və Fondun prioritet istiqamətlərini qonaqların nəzərinə çatdırmışdır. Təqdimatdan sonra qonaqları maraqlandıran suallar cavablandırılmışdır. Qonaqlar Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən görüşdən məmnunluqlarını ifadə etmişlər. Sonda qonaqlara Fondun hədiyyələri təqdim edilmiş və xatirə fotosu çəkilmişdir.