Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, Mingəçevir Gənclər Evinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə tərəfdaş təşkilatların nümayəndələri, təlim keçiriləcək orta məktəblərin məsul şəxsləri ( direktor müavini,Uşaq Birliklərinin Rəhbərləri (UBR),məktəb psixoloqları) və KİV nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov natiqlik təlimlərinin, debatların gənclərin inkişafında müstəsna rol oynadığınından söhbət açmış, bundan sonra da Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildirmişlər.
R.Qurbanov Mingəçevirin yalnız energetiklər deyil eyni zamanda gənclər şəhəridə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra layihə rəhbəri layihənin təqdimatını həyata keçirmişdir.
E.Sadıqzadə qeyd etmişdir ki, “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsi davam edəcəyi 3 ay müddətində Mingəçevir şəhər ümumtəhsil orta məktəblərində natiqlik təlimlərinin keçirilməsi, təlimləri uğurla başa vuran gənclər arasında Milli Debat Proqramı çərçivəsində debatın Karl Popper formatında debat təlimlərinin və təlimlərdən alınan nəticələri görmək məqsədi ilə Debat Forumunun keçirilməsi planlaşdırılır.
E.Sadıqzadənin sözlərinə görə layihənin davamlılığının təmin edilməsi məqsədi ilə bu layihəni uğurla başa vuran, xüsusi fəallığı ilə seçilən şagirdlər müəyyən olunacaq onlarla mütamadi təlimlər keçirilərək onlar TOT-lara cəlb olunacaq bu layihənin ardı olaraq keçirilməsi planlaşdırılan “Mingəçevir Gənclərinin Natiqlik Forumu – 2” layihəsində artıq həmin gənclər təlimçi – məşqçi qismində iştirak edərək yeni şagirdlər üçün motivasiya mənbəyi olacaqlar.
Ümumilikdə 100-dən çox şagirdin iştirakı planlaşdırılan layihənin “Final Mükafatlandırma və Bağlanış” mərasiminin 2019-cu il mart ayının ilk 10 günlüyündə keçiriləcəyi bildirilmişdir.
Daha sonra tədbirin aparıcısı və layihənin təlimçisi Samir Şükürov çıxışı zamanı layihə çərçivəsinə keçirləcək təlimləri qeyd edərək, onların şagirdlərin həyatında və gələcək fəaliyyətlərində necə müsbət yönlü dəyişiklik edəcəyini eləcədə onlar üçün hansı faydaları verəcəyini bildirmişdir.
Tərəfdaş təkilatlar qismində çıxış edənlər – Mingəçevir Regional Debat Mərkəzinin nümayəndəsi Günay Nəsirova mərkəzin uğurlu fəaliyyətindən danışaraq qarşıda duran plan və vəzifələrdən, və “Gələcək Gənclərlə Gələcək” Gənclər İctimai Birliyinin klublar üzrə koordinatoru Mübarək Aydəmirov təşkilatın fəaliyyəti haqqında məlumat verərək layihə boyunda tərəfdaşlar olaraq dəstəklərini göstərəclərini bildirmişlər.
Sonda tədbir iştirakçıları arasında layihə barədə fikir mübadiləsi aparılaraq layihənin gedişi ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirilmişdir.
Qeyd edək ki, layihə 10 dekabr 2018-ci – 10 mart 2019-cu illəri əhatə edəcəkdir.