1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.
Dəyərli gənclər, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə təşkilatçılığı ilə 14-15 avqust 2018-ci il tarixlərində Şamaxı rayonunun Pirqulu kəndində bu özəl günə həsr olunmuş düşərgə keçiriləcək.
Düşərgənin mövzusu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyəti barədə olacaq. Məqsəd, gənclərin maarifləndirilməsi ilə yanaşı asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir.
Beynəlxalq Gənclər Günü münasibətilə gənclər və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə təşkil ediləcək düşərgəyə Siz də qoşula bilərsiniz.
Bunun üçün aşağıdakı linkdən qeydiyyatdan keçərək ərizə formalarınızı təqdim edə bilərsiniz:
https://goo.gl/MWXFHz
Dəyərləndirmədən sonra düşərgədə iştirak üçün seçilmiş gənclərə məlumat göndəriləcəkdir.
Qeyd: Müraciət 16-29 yaş kateqoriyası üçün keçərlidir.
Beynəlxalq Gənclər Gününüz Mübarək!