Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurasının (AQEM Gənclər Şurası) 3-cü iclası keçirilmişdir.
“Sülh,Təhlükəsizlik və Dayanıqlılıq kontekstində Beynəlxalq Gənclər Əməkdaşlığı” mövzusunda təşkil edilən konfransın nümayəndə heyəti 14 aprel 2018 – ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun qonağı olmuşdur.
Nümayəndə heyətini Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva salamlayaraq Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti, maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumatlandırmış və Fondun prioritet istiqamətlərini qonaqların nəzərinə çatdırılmışdır.
Qonaqlar Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən görüşdən məmnunluqlarını ifadə etmişlər.