[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/Banner-AIDS-konfrans.jpg” ]
7 noyabr 2012-ci il tarixində, saat 11.00-da “JW Marriott Absheron” otelinin “Xırdalan” zalında HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransının açılış mərasimi keçiriləcək. Konfransda Azərbaycan və dünyanın 10 müxtəlif ölkəsindən (Rumıniya, Misir, Almaniya, Nigeriya, Türkiyə, Litva, Estoniya, Yunanıstan, Ukrayna, Sudan) 40 nəfər gənc iştirak edəcək. Tədbirin keçirilməsində başlıca məqsəd gənclər təşkilatları və ictimai fəal gənclər üçün sağlam həyat tərzinin təbliği, HİV/AİDS-lə mübarizə və yeni təşəbbüslərin yaranması mövzusunda müzakirələr aparmaq üçün imkan yaratmaq və bununla da, bu sahədə ən yaxşı təcrübələrin öyrənilməsi, mübadiləsi və gələcək əməkdaşlıqların yaradılmasına vasitəçi olmaqdan ibarətdir. İştirakçılar konfrans zamanı aparılan müzakirələr və qrup işləri vasitəsilə müxtəlif mühit və icmalarda uğurlu fəaliyyət üsullarını və problemə fərqli aspektlərdən yanaşmaları öyrənəcəklər. Nəticədə bu sahədə ictimai fəaliyyət göstərən gənclər gələcəkdə qarşılaşa biləcəkləri oxşar halların öhdəsindən gələ biləcəklər.