Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi olmuş Zahir Hacızadənin “Mənim biznes planım” adlı layihəsi uğurla keçirilmişdir.
Layihə Beyləqan, Saatlı, Sabirabad rayonlarında keçirilmişdir. 100 nəfərə yaxın məktəbli bu mövzuda maarifləndirilmişdir.
Layihənin keçirilməsində əsas məqsəd gəncləri sahibkarlığa, biznes fəaliyyətinə təşviq etmək, bu sahədə biznes planın nə olduğunu və onun vacibliyini anlatmaq idi. Ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektor xüsusi rol oynayır və bu baxımdan, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir. Təəssüfki, sahibkarların bir çoxu öz bizneslərini qurmaq üçün biznes – planın hazırlanması işini yetərincə tərtib edə bilmirlər. Bir çox hallarda biznes – planın qurulmasını bacaran şəxslər yetərincə çatışmır. Müəyyən qism sahibkarın isə biznes-plan haqqında anlayışı yoxdur. Müasir dünyada biznes – planın hazırlanması müəssisənin uğur qazanmasında əsas amil olduğu halda bəzi biznes sahibləri bu məsələyə elə də diqqət yetirmirlər. Bir çox hallarda işin gedişi prosesində ortaya çıxan problemlərin çoxu məhz biznes -planın tərtib edilməməsindən ortaya çıxır.