Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Qəhrəmanov Camal tərəfindən İsmayıllı rayonunda həyata keçirilən “Öz biznesini qur” adlı layihə başa çatmışdır. Layihənin məqsədi gənclər arasında biznes ideyalarının formalşdırılması istiqamətində işlərin görülməsdir. Təlimlər zamanı gənclərə biznes ideyalarını özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılmışdır. Layihədə ümumilikdə 135 nəfərə yaxın gənc birbaşa maarifləndirilmişdir. Təlimlər 4 gün davam etmişdir. Qeyd olunmuşdur ki, son zamanlar ölkəmizin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar olaraq çox tez-tez “biznes” sözünü eşidir, müxtəlif yazılarda ona rast gəlirik. Bəs biznes nədir? Terminologiya lüğətlərində “biznes” – “gəlir əldə etməyə yönəldilmiş iqtisadi fəaliyyət” kimi izah edilir, yəni bizneslə məşğul olmaq, gəlir əldə etmək deməkdir, biznesin məqsədi isə gəlir əldə etməkdir. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada adamlar əvvəlcədən özlərinin Biznes-Planlarını tərtib etmədən işə başlasınlar. Bu tamamilə aqrobizneslə, yəni kənd təsərrüfatı, emal sənayesi və onların xidmət sahələri ilə məşğul olan iş adamlarına da aiddir. Biznes-Plan iki hissədən: görüləcək işin ideyasından, məqsədindən və bu ideyanın, məqsədin həyata keçirilməsindən, təşkilindən ibarətdir. Başqa sözlə dedikdə Biznes-Planda nəzərdə tutulmuş biznesin, yəni gəlir əldə etmək əqsədinin qısa, dəqiq və aydın şərhi verilir və ona nail olmağın şərtləri, yolları aşkarlanır.