[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/IMG_3607.jpg” ]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən və Xəzər İnkişaf Fondu tərəfindən icra edilən «Fövqəladə vəziyyətlərdə təhlükəsizlik tədbirlərinin gənclər arasında təbliği» layihəsi çərçivəsində oktyabr ayı ərzində bir sıra fəaliyyətlər həyata keçirilib. İlk olaraq Xəzər rayonunun 8 müxtəlif qəsəbəsində təlimlər və digər tədbirlər keçiriləcək məktəblər müəyyən edilmiş, daha sonra layihə icra olunacaq ərazilərdə layihədə iştirak edəcək gənclərin dəstək qrupları formalaşdırılmışdır.
Layihənin əməkdaşları və təlimçilər oktyabr ayında layihə planına əsasən maarifləndirmə kampaniyalarını Mərdəkan, Şüvəlan, Buzovna, Qala, Zirə, Türkan, Gürgan və Binə qəsəbələrində həyata keçirmişlər.
Layihənin icrasının birinci mərhələsi kimi seçilmiş təhsil ocaqlarında oxuyan gənclər arasında yeni media vasitələrindən istifadə etməklə təbii mənşəli fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında biliklərin verilməsi və onların bu istiqamətdə təbliğat-maarifləndirmə fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulurdu. Bu məqsədlə layihənin icraçıları Xəzər rayonunun seçilmiş 8 qəsəbəsində yuxarı sinif şagirdləri üçün təlimlər təşkil etmişlər. Təlimlər keçirilərkən əsasən aşağıdakı təlim metodlarından istifadə olunurdu:
• Buzların sındırılması – enercayzer;
• Beyin həmləsi;
• Mühazirə;
• Qrup müzakirələri;
• Qrup işləri;
• Təqdimatlar;
• Rol oyunları;
• Sual-cavablar və s.
Təlimlərin effektini artırmaq məqsədilə mövzu bölünərək “Tarixdə baş vermiş qəza və fəlakətlər”, “Təbii mənşəli fövqəladə hallar barədə bunları bilmək vacibdir”, “Fövqəladə hallar zamanı əməl edilməsi zəruri olan təhlükəsizlik qaydaları” kimi mözvular şəklində təlim iştirakçılarına çatdırılmış və müzakirə olunmuşdur.
Hər bir təlim zamanı gənclərə fövqəladə hallarda təhlükəsizlik tədbirləri barədə ətraflı məlumatın verilməsi üçün müvafiq sayda kitab və yaddaş bukleti təqdim edilmiş və növbəti təlimlərə qədər həmin materiallarla tanış olmaları tövsiyə edilmişdir.
Təlimlərin növbəti sessiyalarının texnogen mənşəli fövqəladə hallara həsr olunması və onun noyabr ayında təşkili planlaşdırılır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3992″ id=”3992″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]