Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Çiçəklən, təmiz bölgəmiz” adlı layihə uğurla yekunlaşmışdır.
Layihənin qarşısına qoyduğu məqsədlər:
– Ətraf mühitin mühafizəsinə gənclərin geniş cəlb edilməsinə kömək etmək;
– Ətraf mühitlə bağlı qərarların qəbul edilməsinə gənclərin ictimai nəzarətinin gücləndirilməsinə nail olmaq;
– Gənclərin ətraf mühitlə bağlı məsələlər üzrə gərarlar qəbul edilməsində iştirakı hallarının və bu fəaliyyətə görə məsuliyyətinin artırılması;
– Sağlam ətraf mühitdə yaşamaq hüqüqunun təmin olunmasına kömək etmək.
Sabirabad rayonunda həyata keçirilən layihə 22 və 24 yanvar tarixlərini əhatə etmiş, əsasən, layihə iştirakçıları məktəblilər olmuşdurlar.