[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/IMG_2812.jpg” ]
«Peşə təhsil müəssisələri məzunlarının məşğulluq vəziyyətinin yaxşılaşdırılması» layihəsi “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi tərəfindən bu ilin avqust ayından Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi peşə təhsili müəssisələrində oxuyan şagirdlərin məzun olduqdan sonra məşğulluq vəziyyətlərinin yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Bunun üçün Bakı, Gəncə, İsmayıllı və Qaxdan seçilmiş ümumən 5 peşə təhsili müəssisələrindəki 100 nəfər şagirdin məzun olduqdan sonra işlə təmin edilməsi sahəsində mövcud problemlərini nəzərə alaraq təlim, seminar və digər fəaliyyətlər vasitəsilə gənclərin məşğulluq məsələlərinin həllinə töhfə vermək, bu tip gənclərin iş yerləri ilə təmin olunması üçün informativ-maarifləndirmə fəaliyyətinin, həmçinin hüquqi biliklərin artırılmasına nail olmaq, işlə təmin olunmuş gənclərə məlumati-hüquqi dəstək göstərmək və iş adamları ilə həmin gənclər arasında əlaqələrin qurulması yolu ilə əməkdaşlığa çatmaq kimi fəaliyyətlər həyata keçiriləcək.
Bu ilin oktyabr ayı ərzində Bakının 12 və 13 saylı Peşə Liseylərində hər birindən bu tədris ilində məzun olacaq 20 şagirdi cəlb etməklə təlimlər təşkil olunub. Təlimlərdə dinləyicilərə “Rezümelərin (CV) standartlara uyğun yazılması”, “Komanda işi”, “İşədüzəlmə prosesində özünü təqdimetmə” və “Rəhbərliklə peşəkar münasibətlərin yaradılması” mövzularını əhatə edən treninqlər keçilib. Təlim zamanı əqli hücum, müzakirə, rollu oyunlar, qrup işi, cəlbedilmiş təlim, interaktiv oyunlar, psixodramma və s. kimi təlim metodlarından istifadə edilmişdir. Hər bir mövzu üçün seçilən təlim üsulları intellektual və emosional cəhətdən bir-birini tamamlamışdır. Proses zamanı öyrənənlər mübahisəli məsələləri müəyyənləşdimiş və prezentasiya formasında həmkarlarına çatdırmışlar. Təlimləri adı çəkilən liseyin müəllim kolletivinin də üzvləri müşahidə edirdilər.
Qeyd etmək lazımdır ki, təlimlərin növbəti mərhələsi Azərbaycanın regionlarında davam etdiriləcək. İsmayıllı Peşə Tədris Mərkəzi, Qax Peşə Liseyi və Gəncə 3 saylı Peşə Liseyinin məzunları üçün analoji mövzularda təlimlər keçiriləcək.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2013-cü ilin yanvar ayında başa çatacaq.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3983″ id=”3983″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]