[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/69723_10151206320379722_561221057_n.jpg” ]
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Təbiət Dostları” Gənclər İctimai Birliyinin 25-28 oktyabr tarixlərində, Göygöl rayonunda keçirilən “Gənc Ekoloqların Yaşıl Düşərgəsi” adlı ekoloji layihəsinin birinci mərhələsi uğurla başa çatıb. Yaşıl düşərgənin keçirilməsində məqsəd gənc təbiət mühafizəçilərinin ətraf mühitin mühafizəsi sahəsində bilik və bacarıqlarını artırmaqdan ibarətdir. Layihədə 18-35 yaş arası, ekoloji təhsili və ya ekoloji sahədə təcrübəsi olan, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətləri olan gənclər iştirak etmişlər.
Təlimlərdə biomüxtəliflik, ekoloji problemlər, “Ətraf mühit və mən” psixoloji təlimi, ictimai vəkillik, layihələrin yazılması mövzularında ekspertlərin mühazirələri dinlənilib. Eko düşərgə zamanı iştirakçılara düşərgənin salınması qaydaları haqqında nəzəri və praktik məşğələlər keçirilmişdir. Layihənin ikinci mərhələsi kimi 4 noyabr 2012-ci il tarixində, Bakı şəhərində Velo aksiya keçirilib. Aksiyadan əvvəl iştirakçılar velosiped sürməklə bağlı yerli stereotiplərin qırılması və yol təhlükəsizlik qaydalarına həsr olunan maarifləndirici seminarda iştirak etmişlər.
Layihənin nəticəsi olaraq, 12 noyabr 2012-ci il tarixində, Bakı şəhərində “Yaşıl Düşərgə” adlı fotosərgi keçirilməsi planlaşdırılır.
Layihə zamanı çəkilən şəkilləri aşağıdakı keçiddən izləyə bilərsiniz:
http://www.facebook.com/media/set/?set=a.418398851546611.99535.113854445334388&type=1&l=910cb8dcea