[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/oguz5.jpg” ]
Oktyabrın 27-də Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Ədəbiyyat Şəbəkəsi” layihəsi Oğuzda təqdim olunub. Görüşdə fəlsəfə elmləri doktoru professor Niyazi Mehdi, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, Nizami Gəncəvini ingilis dilinə tərcümə edən Ragnhild Thori, Bakıda fəaliyət göstərən “BookClub”ın 12 fəal üzvü və “Ədəbiyyat Şəbəkəsinin” təşkilat komitəsi iştirak etmişdir. Görüş zamanı müasir Azərbaycan ədəbiyyatının və kitabının problemləri müzakirə olunmuş, layihə ilə bağlı ətraflı məlumat verilmişdir. Gənc kitabsevərlər kitaba olan sevgilərindən və kitabın onların həyatında tutduğu yerdən danışıblar. Təklif olunub ki, tədbirdə Oğuz, Şəki, Gəncə, Bərdə, Qəbələ, Zaqatala və Azərbaycanın başqa bölgələrini təmsil edən gənclər öz bölgələrində kitab klublarını təşkil etsinlər. Görüşdə iştirak edən gənclər debat formatında öz fikirlərini və təkliflərini bildirmişlər. Oğuz fəalları Oğuzda kitab klubunun təsis edilməsini həvəslə qarşılayıblar.
Oğuz və ətraf bölgələrdə yayımlanan STV telekanalı tədbiri ətraflı işıqlandırmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3904″ id=”3904″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]