“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Samux rayonunda “Çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində təlimlərini davam etdirir.
Layihə çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzində Samux şəhəri, Karayeri qəsəbəsi, Əhmədbəyli və Sərkar kəndlərinin gəncləri arasında təlim təşkil olunub.Təlimdə Mərkəzin direktoru Aygün Həsənzadə, layihənin təlimçisi Afərim Namazova, ekspert Raziyə Qasımova, Samux rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Rasim İmamquliyev iştirak ediblər.
Təlim zamanı gənclərə Azərbaycanın qarabağ atları və azərbaycanlıların iştirakı ilə Avropada təşkil olunan yarışlarda komandalarımızın oyunları haqqında məlumat verilib. Böyük Britaniya kraliçası ikinci Yelizavetanı qarabağ atları necə heyran etdi video-rolik nümayiş olunub. Əgər bütün dünyanın atları bir üzükdürsə, Qarabag atları bu üzüyün qaşıdır. Bu qiyməti Qarabağ atlarına Böyük Britaniya kraliçası ikinci Yelizaveta verib. Onun Qarabag atlarına olan sevgisinin tarixi isə hələ ötən əsrin 50 ci illərinə təsadüf edir. O vaxtdan kraliçanın ən özəl mərasimlərinin şərəhfli qonaqları arasında Qarabağ atları var. Onun 90 illik yubileyində “Azərbaycan rəqqasları və Qarabağ atları ilə atlılar” dörd dəqiqəlik tamaşa ilə çıxış edərək kraliçanı bir daha heyran ediblər. Vindzor qəsrində keçirilən Kral Vindzor At Şousunda kraliça və qonaqlarını heyran edən Qarabag atlarının Avropaya ilk gəlişi 1956-cı ilə təsadüf edir. Məhs həmin vaxt kraliça Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan «Zaman» adlı Qarabağ atı bağışlanıb. Atı Kraliçaya Azərbaycanın ilk usta jokeyi, əməkdar məşqçi Əli Tağıyev aparmışdı.
Tədbirdə gənclərə maarifləndirici buklet və posterlər paylanıb. Tədbirin sonunda isə təlim zamanı fəal iştirak edən gənclərə diplomlar təqdim olunub.
Layihə çərçivəsində silsilə tədbirlər davam etdirilir.