[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/DSC_4803.jpg” ]
Bildiyiniz kimi, 26-27 oktyabr 2012-ci il tarixlərində Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana forumu keçirilib. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda keçirilən forum çərçivəsində Azərbaycan Respublikasının rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparıblar. Forum Azərbaycanın Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycanın Avstriyadakı səfirliyi, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi və ASAIF-in təşkilatçılığı ilə keçirilib.
Forumda Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və digər 17 Avropa ölkəsində olan səfirləri, həmçinin, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Araz Əzimov, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, millət vəkilləri, digər dövlət rəsmiləri, hazırda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, magistrlar və doktorantlar iştirak ediblər.
Oktyabrın 26-da Avstriyanın paytaxtında Avropa dövlətlərində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu öz işinə başlayıb.
Azərbaycan Respublikasının dövlət hinmi səsləndirildikdən sonra forum Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tərəfindən açıq elan edilmişdir. Fərhad Hacıyev gəncləri salamlamış, mövzu ətrafında fikirləri ilə bölüşmüş, daha sonra forum digər qonaqların məruzələri ilə davam etmişdir. Forum oktyabrın 27-də öz işini davam etdirmişdir.