[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/mp5.jpeg” ]
22 oktyabr 2012-ci il tarixində Bakı şəhəri Nizami rayonu 129 saylı orta məktəbdə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Təkan” Tələbə Gənclərin İctimai Birliyi tərəfindən “Gənc Liderlər” adlı layihənin icrasına başlanmışdır. Layihənin açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri E.Hüseynov, 129 saylı məktəbin direktoru S.Mehdizadə, “Təkan” Tələbə Gənclərin İctimai Birliyinin sədri L.Kərimova və “Baku Travel” turizm agentliyinin nümayəndəsi Ə.Şiriyev iştirak etmişlər. Qeyd edilən layihə çərçivəsində 3 gün ərzində 10 və 11-ci sinif şagirdləri arasında “Liderlik”, “Psixologiya” və “İKT” sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihənin keçirilməsində əsas məqsəd yeniyetmə və gəncləri düzgün hədəf seçməyə yönəltmək, gələcək həyat fəaliyyətlərində onların lider kimi formalaşmasına yardım etmək, ictimai fəaliyyətin onların formalaşmasında rolunu, həmçinin vətəndaş cəmiyyətində QHT-lərin rolunu anlatmaqdır.
Acılış mərasimi bitdikdən sonra “Gənc liderlər” adlı təlim kursuna başlanılıb. Təlim kurslarının 129 saylı məktəb daxil olmaqla, digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur.