[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/DSC02454.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Gənclərin peşə təhsili və ixtisaslarla bağlı maarifləndirilməsi” adlı layihəsinin təlimini Bakı və Göyçay şəhərlərindən sonra Tovuz şəhərində yerləşən rayon mədəniyyət evində davam etdirmişdir. Tədbirdə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edərək gənclərin düzgün peşə seçiminə yönləndirilməsinə hökümətin xüsusi önəm verdiyini qeyd edib və gənclərin peşə seçiminə təşviq olunması ilə bağlı dövlət proqramlarından bəhs edib.
Daha sonra tədbirdə Tovuz rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Əsgərov çıxış etmiş və təlimdə iştirak edənləri gələcək həyatları ilə bağlı peşə seçimində sevdikləri peşəyə yiyələnməyə səsləmişdir. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) “Hüquq Mərkəzi”nin sədr müavini, layihə təlimçisi və layihə rəhbərinin köməkçisi Vəliyev Orxan çıxış edərək gənclərə layihə haqqında ətraflı məlumat vermişdir. Tədbirdə gənclərin gələcək ixtisas seçimi ilə bağlı sosioloji sorğu keçirilmiş və təlimdə iştirak edən gənclər TUMİB-in diplomu ilə təltif edilmişlər. Tədbirdə Tovuz rayon Təhsil, Gənclər və İdman idarələrinin nümayəndələri, orta məktəb şagirdləri, orta məktəb məzunları ilə yanaşı QHT təmsilçiləri və orta məktəb müəllimləri iştirak etmişlər.