[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/2012-10-19-13.26.54.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Gənclərin peşə təhsili və ixtisaslarla bağlı maarifləndirilməsi” adlı layihəni 19 oktyabr tarixində Göyçay şəhərində, Heydər Əliyev Muzeyində davam etdirmişdir. Tədbirdə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edərək gənclərin düzgün peşə seçim etməsinin həm gənclərin özləri, həmdə dövlətimizin iqtisadi cəhətdən daha da güclü inkişafı üçün çox vacib olduğunu vurğulayıb. Daha sonra tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Rəşxandə Rəcəbova çıxış edərək təlimdə iştirak edənləri gələcək həyatları ilə bağlı peşə seçimində sevdikləri peşəyə yiyələnməyə səsləmişdir. Natiqlər öz çıxışlarında Azərbaycanda gənclərlə bağlı dövlət proqramları haqqında danışaraq dövlət başçısının gənclərə xüsusi diqqət və qayğısından bəhs etmişlər.
Daha sonra “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) “Gənclər Mərkəzi”nin üzvü və layihə təlimçisi Məmmədova Gülnar və bu mərkəzin üzvü İsmayılova Aysel çıxış edərək gənclərə layihə haqqında ətraflı məlumat vermişlər. Tədbirdə gənclərin gələcək ixtisas seçimi ilə bağlı sosioloji sorğu keçirilmiş və təlimdə iştirak edən gənclər TUMİB-in diplomu ilə təltif edilmişlər. Tədbirdə Göyçay rayon Təhsil, Gənclər və İdman idarələrinin nümayəndələri, orta məktəb şagirdləri, orta məktəb məzunları ilə yanaşı QHT təmsilçiləri və orta məktəb müəllimləri iştirak edirdi.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3574″ id=”3574″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]