[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/images.jpg” ]
“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi və “Gənc Dost” Gənclər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən maliyyələşən 6 ay üçün nəzərdə tutulan “Təcrid olma, İnteqrasiya ol!” layihəsinin fiziki imkanları məhdud gənclər üçün təlimlərinə start verdi. 13-14 oktyabr 2012-ci il tarixində Sağlam Həyat tərzinin təbliği və profilaktikası mövzusunda “Gəncliyinə sahib çıx” adlı ilk təlim təşkil olunmuşdur.
Layihə çərçivəsində Könüllülük və Liderlik, Psixologiya, Bloq və digər mövzularda təlimlər davamlı olaraq həyata keçiriləcək. Təlimlərin təşkil olunmasında əsas məqsəd Samux rayonunda yaşayan fiziki qüsurlu gənclərə yeni bilik və vərdişlər aşılamaq, məlumatlar mübadiləsində iştirak, peşəkar bacarıqları inkişaf etdirməkdir. Həm də gənclərə şəxsi keyfiyyətlərini və potensiallarını inkişaf etdirməklə yanaşı, cəmiyyətə faydalı olmalarına dair inam hissini gücləndirməkdir.