[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/media.jpg” ]
“Savadlı Gənclik – Etibarlı Gələcəyin Qarantı” adlanan layihədə əsas məqsəd ölkənin Cənub regionunda, xüsusən Lənkəran şəhərində yaşayan, fəaliyyət göstərən və təhsil alan gəncləri Azərbaycan Respublikasının Dövlət Gənclər Siyasəti və gənclərin müxtəlif problemlərinin həlli məqsədi ilə həyata keçirilən Dövlət Proqramları ilə bağlı maarifləndirmək, onların bu sahədə biliklərini artırmaqdan ibarət olmuşdur. Layihədə xüsusən yeni qəbul edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında hazırlanmış xüsusi vəsaitlər, təqdimatlar region gənclərinə təlimlər vasitəsi ilə çatdırılmış, onların bu proqramdan bəhrələnməsi üçün mümkün yollar göstərilmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihədə Lənkəran şəhərində işləyən, təhsil alan 18-29 yaş arası yüzdən artıq gənclər iştirak etmişlər. Hazırlanan təlim materialları müasir avadanlıqlarla təchiz olunmuş zalda təlimə qatılan gənclərin diqqətinə çatdırılmış, onların da ölkəmizdə aparılan gənclər siyasətinin bir parçası kimi fəaliyyət göstərmələri üçün həvəsləndirici tədbirlər görülmüşdür.
Layihənin icrası Lənkəran Dövlət Universiteti, Lənkərən Humanitar Kolleci, Lənkəran Tibb Kolleci, Lənkəran rayon Gənclər və İdman İdarəsi və Lənkəran rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə iştirakı ilə həyata keçirilir. Lahiyənin icrasında iştirak edən bütün gənclər sertifikatlarla təltif edilmiş, hər birinə təlimdə istifadə üçün hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır.
Layihənin icrasının sonuncu günü təlim zamanı xüsusi aktivliyi ilə fərqlənən gənclərlə Lənkəran rayon Gənclər Evində görüş keçirilmişdir. Görüşdə rayon Gənclər və İdman İdarəsinin rəisi və idarənin əməkdaşları da iştirak etmişlər. Bu tədbirdə daha aktiv olan 8 nəfər gəncə sertifikat və hədiyyələr təqdim edilmişdir.
Layihənin icrası başa çatmasına baxmayaraq, bu gün də təlimdə iştirak edən gənclərlə sosial şəbəkə vasitəsilə davamlı əlaqələr saxlanılır, onları maraqlandıran suallar cavablandırılır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3256″ id=”3256″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]