Əziz gənclər!
Xüsusi karantin dövründə sosial təcrid müddətini daha da əyləncəli və faydalı etmək məqsədilə Gənclər Fondu gənclərin sosial şəbəkələrdə layihələri və multimedia məhsullarının hazırlanması ilə bağlı ideyalarının maliyyələşdirilməsinə start verir. Belə ki, “İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində gənclər #evdəqal həştəqinə uyğun sosial şəbəkələrdə virtual çağırış aksiyası, əyləncəli kontentlər, faydalı və maarifləndirici video çarxlar və digər təşəbbüslərini təqdim edə bilərlər.
Gənclərimizi aktiv formada təkliflərini təqdim etməklə həmyaşıdları üçün faydalı və maarifləndirici layihələr həyata keçirməyə dəvət edirik.
Layihə və təkliflər GencAPP (genc.az) mobil tətbiqi və ya www.youthfoundation.az internet səhifəsi üzərindən göndərilməlidir.
“İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində” iştirakla bağlı şərtlərlə və prioritet mövzuların siyahısı ilə burada tanış ola bilərsiniz.

1. Azərbaycanın təbliği, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin virtual rejimdə Dünya ictimaiyyətinə çatdırılması;
2. Gigiyena qaydalarının təbliği ilə bağlı müxtəlif onlayn fəaliyyətlər;
3. Gənclərin maraq/hobbi sahəsinə uyğun olan onlayn fəaliyyətlər;
4. Gənclər arasında həvəskar onlayn müsabiqə, yarış və liqalarının təşkil edilməsi;
5. Gənclər arasında sağlam həyat tərzinin onlayn təbliği;
6. İxtiraçılıq sahəsində innovativ beyin məhsullarının prototiplərinin və maketlərinin hazırlanması sahəsində onlayn praktik məşğələlər;
7. Sosial şəbəkələrdə gənclərin maraq dairələrinə uyğun olan maarifləndirici və əyləncəli layihələrin yaradılması;
8. Düzgün ixtisas seçimi üzrə gənclərin onlayn maarifləndirməsi;
9. İKT və dizayn sahəsi üzrə gənclərin bilik və bacarıqlarının artırılması;
10. Gənclərin hüquqi məsuliyyət, ilkin hüquqi biliklər, maliyyə və iqtisadi mövzularında onlayn maarifləndirilməsi;
11. Gənclər arasında robototexnikaya marağın təşviq edilməsi;
12. Əqli, fiziki inkişaf üzrə onlayn klubların yaranması və gənclərin cəlb olunması;
13. Ucqar kəndlərdə yaşayan gənclər üçün bilik və bacarıqların artırılması sahəsində onlayn məşğələlər;
14. Sosial həssas kateqoriyadan olan gənclərin inkişaf və iştirakçılıq səviyyəsinin artırılması məqsədilə yeni onlayn mexanizm və sosial “alət”lər;
15. Gənclərin müxtəlif peşə sahələrində bilik və bacarıqların öyrənilməsilə bağlı praktik vebinarlar;
16. Gənclər arasında oxu, mütaliə və maarifləndirmə xarakterli onlayn fəaliyyətlərin təşkili;
17. Gənclərin xarici dil biliklərinin təkmilləşdirilməsi;
18. Gənclərin məhdud imkanlar çərçivəsində startap formatlı təşəbbüslərə təşviq edilməsi.