20-21 fevral 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsi çərçivəsində Füzuli rayonu Böyük Bəhmənli kənd 1 saylı tam orta məktəbdə 50 nəfər gəncin iştirakı ilə “Ətraf mühitin qorunması və ekoloji maarifləndirmə” adlı layihənin 2 günlük seminarları həyata keçirilib. Layihə rəhbəri və təlimçi, coğrafiya müəllimi Təbriz Mirişli “Ətraf mühit və onun qorunması” mövsuzunda iştirakçılara ətraflı məlumat vermişdir. Müasir dövrdə insan sayının artması, artan tələbat, “Qlobal istiləşmə”, insanların ətraf mühit haqqında dərindən biliyə malik olmaması ətraf mühiti çirkləndirən amillərdən biridir. Seminarlarda ekoloji problemlər, ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin bu kimi problemlərin həllində nə dərəcədə effektli olduğundan bəhs edilmişdir. Layihə ştirakçılarına sonda serifikatlar təqdim edilmiş və daha sonra 27 fevral tarixində tədbir çərçivəsində Füzuli rayonu Böyük Bəhmənli kəndində “Ağacəkmə aksiyası” həyata keçirilib
.