[:az]“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nigahlar məişət zorakılığının başlıca amillərindəndir!” layihəsi davam edir.
Layihənin əsas məqsədi erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.
Layihənin vəzifələri:
Layihənin növbəti təlimində Xəzər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ağahüseyn Hüseynov ekspert qismində iştirak etmişdir və o, rayonda bu mövzuda müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini və bu cür aktual layihələrə həmişə dəstək olmağa hazır olduqlarını nəzərə çatdırdı. Çıxış edənlər erkən nighahların fəsadları haqqında geniş müzakirələr apardılar.
Layihə 3 ay müddətində Bakı şəhəri Xəzər rayonunda həyata keçirilir və layihə çərçivəsində Xəzər rayonunda yerləşən internat məktəblərində, orta məktəblərdə təhsil alan gənclərin ehtiyacları müəyyən ediləcək və onlarla keçiriləcək təlimlərə hazırlıq məqsədi ilə layihəninin icra olunacağı müəssisələrdə gənclər arasında sorğu keçiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə bu ilin dekabr ayında başa çatacaq.
[:]