Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rəhim Tağıyev zirvəsi” – adlı qısametrajlı sənədli film çəkir. “ARB24”-ün texniki dəstəyi ilə reallaşan layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rəhim Tağıyevlə bağlı sənədli film çəkərən onu gənclər arasında təbliğ etməkdən ibarətdir.
Layihə çərçivəsində çəkilən sənədli film Binəqədi Gənclər Evində təqdim olunub.
Təqdimatı giriş sözü ilə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov açaraq aprel şəhidlərinin həyatını əbədiləşdirəcək ekran əsərlərinin yaradılmasının vacib olduğunu dedi. E.Aslanov, eyni zamanda, Binəqədi rayonunda şəhidlərlə bağlı mütəmadi olaraq müxtəlif layihələrin reallaşdırıldığını qeyd etdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmisi Şəmsi Gülverdiyev çıxış edərək bu kimi layihələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını dedi. Ş.Gülverdiyev Binəqədi rayonunda yaşayan şəhid ailələrinin daima rayon rəhbərliyinin diqqətində olduğunu dedi.
ASGA sədri Səbuhi Abbasov çıxışında layihənin məqsədindən danışıb: “Layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rəhim Tağıyevlə bağlı sənədli film çəkərən onu gənclər arasında təbliğ etməkdən ibarətdir. Biz Aprel Döyüşləeində igid əsgərlərimizin şücaətini paytaxt və region gəncləri arasında təbliğ etməyi qarşıya əsas hədəf kimi qoymuşuq. Biz ASGA olaraq aprel döyüşlərində qəhrəmancasına şəhid olan hər bir əsgərimizin cəmiyyətdə tanıdılmasının tərəfdarıyıq. Bu mənada təklif etdiyimiz layihə Fondun bütün komissiya üzvləri tərəfindən müsbət qarşılandı. Mən bir daha Gənclər Fonduna və ARB24 rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Binəqədi rayin icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm”.