Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsində qalib olan “Şəhid Vətən Üçün Həmişə Yaşar” layihəsinin 16 dekabr 2017-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzində açılış mərasimi və birinci təlimi həyata keçirilib.
Layihənin əsas məqsədi Gəncə şəhəri və qərb regionlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılması üçün dəstək olmaqdır.
Tədbiri layihə rəhbəri Xanım Əmiraslanova qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmiş, daha sonra isə layihənin məqsədi və layihə çərçivəsində keçiriləcək təlim ve tədbirlər haqqında qısa məlumat vermişdir. Təlim çərçivəsində Azərbaycanın tarixi, milli qəhrəmanları və şəhidləri haqqında mövzulara toxunulmuşdur. Təlim diskussiya şəklində aparıldığı üçün, bir çox iştirakçılar aktiv çıxış edərək öz fikirlərini bildirmişdilər.
Daha sonra layihənin təlimçisi, Region Qadınların İnkişafına və Maariflənməsinə Dəstək İctimai Birliyi rəhbəri Xəzanə xanım Orucava çıxış etmişdir.
Təlimdə Samux Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Samux rayon Gənclər və İdman idarəsinin nümayəndəsi Rasim İmamquliyev, Samux rayon Həsən bəy Zərdabi adına Çobanabdallı kənd orta məktəbinin musiqi müəlliməsi Aygün Əmiraslanova qonaq qismində iştirak eetmiş və öz çıxışlarında layihənin gedişatına uğurlar arzu etmişlər.