“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nikahlar məişət zorakılığının başlıca amillərindəndir!” layihəsi uğurla yekunlaşdı.
Layihənin əsas məqsədi erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaqdır.
Layihənin vəzifələri:
1. Erkən nikah pozulduqdan sonra həyatın çətinlikləri ilə üz-üzə qalmış gənclərin həyatını nümunə gətirərək, tibbi cəhətdən erkən nikaha hər orqanizmin dayanıqlı ola bilməyəcəyini izah etməklə, qızların nikah hərəkətlərini normal dünyanın qəbul etdiyi 18 yaş həddinin mütləq olduğunu təbliğ edərək erkən nikahların sayının azalmasına nail olmaq;
2. Erkən nikaha girərək zorakılığa məruz qalmış gənclər üçün psixo-sosial reabilitasiya yardımı göstərmək;
3. Xəzər rayonunda erkən nikahın acı nəticələri, məişət zorakılığı haqqında məktəblərdə təlimlər keçirmək;
4. Erkən nikahın əksər hallarda qeyri-normal təsiri, ailə münasibətləri və doğulan uşaqların bəslənməsində qarşıya çıxa biləcək problemlərin baş verəcəyini əks etdirən maarifləndirici materiallar hazırlamaqdır.
Layihədə Xəzər rayonunda yaşayan 150 nəfər gənc birbaşa, dolayısı ilə isə 650 nəfər layihədən faydalandı.
Layihənin həyata keçirilməsində hər sahədə olduğu kimi, təbliğatın böyük rol oynayacağına inanaraq, işlərin düzgün qurulması nəticəsində erkən nikahların sayını azaldacaq, gənclərdə erkən nikahdan başqa həyatda gələcək üçün daha vacib amillərin olmasına inam yaranacaq, gənclərdə yaş dövrü ilə əlaqədar bəzi düşüncələri formalaşacaqdır, elm, təhsil, ixtisas öyrənmə,insanın gələcək həyatında oynadığı rolun vacibliyini anlayacaqlar.
Erkən nikaha girərək məişət zorakılığına məruz qalmış gənclər, gənc qadınlar üçün psixo-sosial reabilitasiya yardımı göstərildi ki, bu da onların cəmiyyətdə əmin addımlarla irəliləməsinə şərait yaradacaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə sentyabr-dekabr 2017-ci il tarixlərini əhatə edirdi.