Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Sahibkarlığa gənc baxış” layihəsinin açılış mərasimi və ilk tədbiri keçirildi.
Sabunçu rayonu, 295 saylı tam orta məktəbdə keçirilən tədbiri layihə rəhbəri Şəms Həsənli açaraq, gəncləri salamladı. Natiq daha sonra Gənclər Fondunun ölkə gənclərinin maarifləndirilməsində oynadığı mühüm rolu vurğulayaraq, layihə barəsində ətraflı məlumatı məktəblilərlə bölüşdü.
Tədbirdə gələcək planlarını yenicə müəyyənləşdirmək ərəfəsində olan məktəblilərə uğurlu kariyera qurmaqla bağlı, cəmiyyətdə layiqli yeri tutmaq üçün vacib olan vətəndaş məsuliyyəti və bir çoxları üçün maraq kəsb edən sahibkarlıqla bağlı fikirlər səsləndirildi.
Daha sonra gənclər üçün hazırlanan video-çarx nümayiş olundu.
Maraqlı disskusiya şəraitində təşkil olunan layihə çərçivəsində hazırlanan çap materialları paylandıqdan sonra məktəblilərlə xatirə şəkli çəkildi.