Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə X qrant müsabiqəsinin fərdi layihə qalibi Məmmədova Səidə Maxsud qızı tərəfindən icra edilən “Tariximiz və mədəniyyətimiz ən boyük dəyərlərimizdir!” layihəsi uğurla davam etdirilir.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında işğala məruz qalmış tarixi torpaqlarımızı, dağıdılmış qalalarımızı, məscidlərimizi, qəbristanlıqlarımızı, ulu nənələrimizin gözlərinin nuru bahasına ərsəyə gəlmiş xalçalarımızı, bir sözlə tarixi-mədəni dəyərlərimizin təbliğatını aparmaqdan ibarətdir.
Layihə çərçivəsində Xəzər rayonunda yeniyetmə və gənclər öz tarixi torpaqlarımıza, maddi-mənəvi sərvətlərimizə sahib çıxmaqla gələcəyimizi vətənpərvər, təhsilli, yeniyetmə və gənclərlərimizin etibarlı əllərinə tapşırmış olacağıq.
Qeyd edək ki, layihə 10 oktyabr 2017 – 10 yanvar 2018-ci il tarixlərini əhatə edir və Xəzər rayon Gənclər və İdman İdarəsində keçirilir.
Layihənin bu dəfəki qonağı Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev oldu. O, bu layihənin əhəmiyyətindən danışaraq, gəncləri milli –mənəvi dəyərlərimizin qorunması və təbliğində daha aktiv olmağa çağırdı. Sonda bu layihəni maliyyələşdirdiyi üçün layihə rəhbəri Səidə Məmmədova Gənclər Fonduna öz təşəkkürünü bildirdi.
Layihə çərçivəsində 3 təlim keçiriləcəkdir və bu layihə başa çatdıqdan sonra başqa regionlarda da Tariximiz və mədəniyyətimiz ən boyük dəyərlərimizdir! layihəsini həyata keçirmək nəzərdə tutulmuşdur. Bu təlimlər vasitəsilə tarixi-mənəvi dəyərlərimiz mövzusunda maarifləndirici biliklərin verilməsi, tarixi abidələrimizin mühafizəsi yolları, sənət nümunələrimizi özününküləşdirməkdə israrlı olanlarla mübarizə yolları və s.mövzular müzakirə olunacaqdır.
Sözügedən layihənin icrası başa çatdıqda onun davamlılığını təmin etmək məqsədi ilə layihə çərçivəsində müxtəlif görüşlərdə iştirak etmiş dinləyicilərlə əlaqə saxlanılacaqdır.