Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 22 dekabr 2017-ci il tarixində Suraxanı Gənclər Evi sosial xidmət müəssisəsində “Azərbaycan dilinin təbliğatında nitq mədəniyyətinin rolu” adlı layihə çərçivəsində Bakı şəhərində nəzərdə tutulan təlimlərin ilk günü həyata keçirilmişdir. Tədbirdə ümumilikdə 30 nəfər gənc iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Hacıyev Məhəmməd tədbir iştirakçılarına layihə ilə bağlı məlumat verdi. O, layihənin reallaşması üçün maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və təşkilati dəstəyinə görə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyaya dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, layihənin əsas məqsədi gənclərin nitq qabiliyyətinin inkişaf etdirilməsi istiqamətində təşəbbüs göstərmək, onların ünsiyyət probleminin aradan qaldırılmasına kömək etməkdir. Daha sonra təlimçi Eltac Cəbiyev çıxış edərək, Azərbaycan dilinin inkişaf tarixi, Nitq mədəniyyəti, Natiqliyin sirrləri mövzularında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Layihə çərçivəsində daha çox gəncin maariflənməsi üçün iştirakçılara məlumatlandırıcı bukletlər paylanılmış, təlimin sonunda isə tədbir iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.