Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Gənclər Birliyinin təşkilatı dəstəyi ilə “Tariximizin sirli abidələri” adlı layihə reallaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi olan, Azərbaycan Dövlət Aqrar Universitenin III kurs tələbəsi, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin fəal gənci Rüfət Orucovun bu layihəni ərsəyə gətirməkdə əsas məqsədi ölkəmizin tarixi və mədəniyyət abidələrinin, qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkil edilməsinin, mədəni irsin bərpasını öyrənmək, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsini gənclərimizə hərtərəfli çatdırmaqdan ibarətdir. Eyni zamanda geridə qoyduğumuz müddət ərzində ölkəmizdə bu sahədə əldə olunan uğurlar barəsində və inkişaf perspektivləri haqqında dolğun məlumatları gənclərlə maksimum şəkildə paylaşmaqdır.
Layihənin 5 dekabr 2017-ci il tarixində keçirilən açılış mərasimində tədbiri giriş sözü ilə açan Rüfət Orucov nitqində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib. Daha sonra çıxış edən Binəqədi rayon Gənclər İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova layihə rəhbərini təbrik edib və bu kimi layihələrin gənclər üçün önəmini vurğulayıb. Çıxışlardan sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutun aparıcı elmi işçisi, tarix elmlər namizədi Güntəkin Nəcəfli təqdimatında “Azərbaycanımızın tarixi abidələri” adlı mövzuda ilk təlimini keçirib.
9 dekabr tarixində layihənin növbəti təlimi keçirilib. Təlimçi Muxtar Əsədov “Tarixi abidə anlayışı” adlı məruzəsi ilə çıxış edib.
13 dekabr layihə çərçivəsində sonuncu təlim Aslan Aslanovun təqdimatında “Erməni vandalizminə məruz qalmış abidələr” adlı məruzəsi dinlənilib və sonda bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.
16 dekabr layihə çərçivəsində “Qız Qalası” və “Şirvanşahlar Sarayı Kompleksi” tarixi memarlıq qoruğuna gənclərlə birgə ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində gənclərə “Qız Qalası” və “Şirvanşahlar Sarayı Kompleksi” tarixi memarlıq qoruğunun tarixi haqda məlumatlar verilib.