15 dekabr 2017-ci il tarixində Binəqədi Rayon Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə Əzizə Nəcəfovanın “Mədəniyyətimizin simaları” adlı layihəsinin açılış mərasimi həyata keçirilmişdir. Layihənin keçirilməsində əsas məqsəd milli musiqi tariximizi yaşatmaq, gənclərdə klassik bəstəkarlarımızın həyat və yaradıcılığı haqqında geniş təsəvvür yaratmaqdan ibarətdir. Layihə çərçivəsində dahi bəstəkarların əsərləri gənc ifaçılar tərəfindən səsləndirilmiş, həmin ifalar videoçarxda əks etdirilərək tələbə-gənclərə təqdim edilmişdir. Həmçinin, Milli musiqimizin banisi Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı haqqında video çarx nümayiş etdirilmişdir.