Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gələcəyimiz Vətən Üçün” adlı layihəsi çərcivəsində yekun tədbirlərini keçirmişdir. Layihə yeddi gün ərzində davam edib. Hər gün müxtəlif məktəblərdə keçirilən təlimlərdə vətənpərvərlik hissinin aşılanması, Azərbaycançılığın təbliği əsas götürülüb.
Təlimlərin əvvəlində layihə rəhbəri Sona Ağazadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və layihənin əsas məqsədi haqqında danışıb. Vətən üçün kiçik də olsa addım atmağın hər bir Azərbaycanlının borcu olunduğunu bildirib.
Daha sonra təlim diskussiya və marifləndirmə formasında davam etdirilib. Məktəblilərə bu gün özləri üçün atacaqları hər bir düzgün addımda dövlətin onlara dəstək olacağı bildirilib. Gələcəklərini Vətənə və millətə faydalı şəkildə qurmaları söylənilib. Hər bir təlimin sonunda uşaqların sualları cavablandırılıb.