Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “İslam Həmrəyliyinin Azərbaycan modeli” adlı layihə çərçivəsində ilk tədbir “Bakı Kompüter Peşə” liseyində keçirilmişdir. Layihə rəhbəri Elmar Məmmədov tələbələri salamlayaraq, onlara layihənin mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Layihə rəhbəri Gənclər Fondunun maliyyə dəstəyi ilə çap edilmiş baner və bukletlərdə əks olunan məlumatlar barədə şagirdlərin fikrini öyrənmiş, onları mövzu ilə bağlı aktiv təşəbbüslər göstərməyə dəvət etmişdir. Tədbir çərçivəsində təlimçi, ekspert Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov tələbələrə tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə, Azərbaycanı dünyada milli-mənəvi və ümumbəşəri dəyərlərin mərkəzi kimi tanınması haqqında məlumat vermiş, tələbələr mövzu barədə məlumatlandırmışdır. Daha sonra tələbələri maraqlandıran suallara cavab verilmiş və tədbirdə aktiv iştirak edən tələbələr hədiyyələrlə təltif olunmuşlar.