“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı – Xəzərin İncisi” 3D İncəsənət layihəsi icra edilir.
Layihənin əsas məqsədi gənc rəssamların 3D və küçə incəsənəti (Street Art) sahəsində bilik və bacarıqlarını artırmaqla Azərbaycanın qədim və müasir təsviri sənətini birləşdirərək tam yeni forma və məzmunda cəmiyyətə sevdirmək və mədəniyyətin ən başlıca sahəsi olan rəssamlığın gənc nəsil arasında təbliğ olunması təmin etmək idi.
Layihə çərçivəsində 28-29 dekabr 2017-ci il tarixlərdə Bakı şəhərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində “3D və Küçə İncəsənəti (Street Art)” mövzularında seminar təşkil olunmuşdur. Seminarda 30 nəfərdən çox gənc rəssam və rəssamlıqla maraqlanan fəal gənclər iştirak etmişlər. Azərbaycanın tanınmış rəssamları Vüsal Tərlanoğlu və Zaur Abdullayev öz zəngin biliklərini iştirakçılarla bölüşmüş onlara 3D İncəsənəti və Küçə İncəsənəti (Street Art) sahələrində olan yeniliklər barəsində məlumatlar vermişlər.
Layihənin ikinci mərhələsində uğur qazanan və seçilmiş gənc rəssamlar və könüllü rəssamlar 6 yanvar 2018-ci il tarixdə Binəqədi Bələdiyyəsinin ərazisində Küçə İncəsənəti (Street Art) tədbirində iştirak etmişdirlər. Tədbir zamanı layihə iştirakçıları Binəqədi Bələdiyyəsinin inzibati binasının divarlarında Azərbaycanın milli ornamentlərini təsvir etmişdirlər. Tədbir yerli əhali, ictimaiyyətin marağını cəlb etmiş, gənclərin asudə vaxtını səmərəli keçirməsinə və onların Bakı şəhərinin daha da gözəlləşdirilməsinə olan maraq və həvəslərinin artırılmasında müstəsna rol oynamışdır. Eyni zamanda, Binəqədi Bələdiyyəsinin binası və divarları daha gözəl bir görünüş almışdır.
Layihənin əsas vəzifələrindən biri də gələcəkdə Azərbaycanda böyük Street Art Festivalın keçirilməsinə stimul yaratmaqdır. Bu formatda olan layihələr ölkəyə daha da böyük sayda turist cəlb olunmasında və incəsənətin yeni formada gənclərə sevdirilməsində xüsusi əhəmiyyəti vardır.